Mart 14, 2018 09:33 Asia/Baku
  • İtaliyada bomba alarmı

İtaliyada ikinci dünya müharibəsindən qalmış bir bombanın zərərsizləşdirilməsi əməliyyatı üçün 23 min insan öz evini tərk etməli olub.

İRNA-nın verdiyi məlumata görə, İtaliyanın şərqində Fano şəhərində ikinci dünya müharibəsindən qalmış bir bombanın müəyyənləşdirilməsindən sonra , bombanın zərərsizləşdirilməsi üçün əhalinin evakuasiyasına yerli vaxtla çərşənbə axşmamı günü start verilib və hələ də davam edir. 

Əməliyyatda mindən çox əsgər iştirak edir.

Bombanın zərərsizləşdirilməsi əməliyyatı dənizdə reallaşacaq. 

İkinci dünya müharibəsindən 70 ilin ötməsinə baxmayaraq hər il İtaliyada ikinci dünya müharibəsindən qalmış 3 min bomba zərərsizləşdirilir.

Bu bombalar daha çox yerin altındadır və tikinti-inşaat əməliyyatlarında qazıntılar zamanı aşkar edilir.  

Teqlər