Mart 14, 2018 10:13 Asia/Baku
  • Britaniyaya dəstək; Tramp: Moskvanın rus casusun zəhərlənməsində əli olub

ABŞ prezidenti sabiq rus casusunun zəhərlənməsini Rusiyanın işi adlandırıb.

Livanın Ən-Nəşrə xəbər portalının məlumatına görə, Donald Tramp deyib: Görünür Britaniyada sabiq rus casusunun zəhərlənməsi Rusiyanın işi olub. 

Bu məlumata görə, Britaniya hökuməti Rusiya prezidenti Vladimir Putinə çərşənbə axşamı gecə yarısına qədər vaxt verib ki, rus casusuna hücumda əsəb qazından istifadə olunması haqda cavab versin. 

Bunun ardınca, Rusiyanın Londondakı səfirliyi irəli sürülən ittihamları əsassız adlandırıb və Moskvada da Britaniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırtdırılıb. 

İkitərəfli casus Sergey Skripal və qızı Yuliya ötən həftə Londonda huşsuz vəziyyətdə tapılıblar və o vaxtdan xəstəxanadadırlar. 

Skripal 2004-cü ildə həbs olunmazdan öncə Britaniya təhlükəsizliyi xidmətinin xeyrinə onlarla rus məmura xəyanət etmişdi. 

O 2006-cı ildə 13 il həbsə məhkum olunmuş və 2010-cu ildə casusların dəyişdirilməsi prosesində həbsdən azad olunmuşdu və Britaniyada yaşayırdı. 

Teqlər