Apr 10, 2018 09:20 Asia/Baku
  • Putin qərbin Suriya əleyhinə ittihamını rədd etdi
    Putin qərbin Suriya əleyhinə ittihamını rədd etdi

Rusiya prezidenti Almaniya kansleri ilə telefon söhbətində kimyəvi silahdan istifadə olunması haqda qərb ölkələrinin Suriya əleyhinə iddiasını rədd edib.

İRNA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bazar ertəsi günü Almaniya kansleri Angella Merkellə telefon söhbətində Suriyanın vəziyyətini araşdırıb, Suriya əleyhinə şayiələr və təhrikedici addımların atılması, xüsusilə də Suriya ordusunun Dumada kimyəvi silahdan istifadə etməsi haqda son iddiasını pisləyib. 

Putin həmçinin BMT Təhlükəsizlik Şurasının 2401 saylı qətnaməsinə uyğun şəkildə dünya ictimaiyyətinin Suriyada ehtiyaclı insanlara humanitar yardımların göndərilməsinə səy göstərməsinin əhəmiyyətini vurğulayıb. 

Rusiya prezidenti və Almaniya kansleri telefon söhbətində Ukraynanın şərq və cənubundakı hadisələr, bu ölkənin şərqindəki münaqişənin həlli üzrə Minsk razılaşmasının icrası haqda danışıqlar aparıblar. 

Teqlər