Apr 13, 2018 08:46 Asia/Baku
  • Ağ Ev: Tramp hələ Suriya haqda bir qərara gəlməyib
    Ağ Ev: Tramp hələ Suriya haqda bir qərara gəlməyib

Ağ Evin sözçüsü Sara Hakabi Sanders dünən gecə ABŞ prezidentinin Ağ Evin milli təhlükəsizlik komandası ilə iclasından sonra deyib ki, bu iclasda Suriyanın durumu barədə heç bir yekun qərar çıxarılmayıbdır.

Tramp və Ağ Evin milli təhlükəsizlik komandası bu iclasda Amerikanın Suriyaya qarşı ehtimal olunan seçimləri ətrafında fikir mübadiləsi aparıblar.

Bəzi amerikalı mənbələr bu iclasda ABŞ-ın müdafiə naziri Ceyms Mettis ilə Ağ Evin milli təhlükəsizlik müşaviri Con Bolton arasında çəkişmə və höcətləşmənin baş verdiyini bildiriblər.

Bu məlumata görə, ABŞ-ın müdafiə naziri bu iclasda Suriyaya qarı ehtimal olunan hücumdan irəli gələn gərginliyin idarə olunması, həmçinin amerikalı qüvvələrin zərər çəkmələri barədə nigarançılıq edibdir.

Qərar üzrə cümə günü yenə də ABŞ milli təhlükəsizlik şurası Suriya barədə iclas keçirəcəkdir.

Amerika rəsmiləri, o sıradan bu ölkənin prezidenti son günlər Suriyanın Duma məntəqəsi əleyhinə iddia edilən kimyəvi hücum bəhanəsilə ABŞ-ın Suriyaya qarşı hərbi təcavüzü ehtimalından xəbər veriblər.

Şərqi Qutənin Duma məntəqəsində yerləşən terrorçular şənbə günü gecə rəsmi Dəməşqi bu məntəqəyə qarşı kimyəvi hücumda ittiham etdilər. Suriya dövləti qətiyyətlə bu ittihamı rədd edibdir.

Terrorçulara dəstək olan Qərb və ərəb mediaları terrorçuların bu iddiasından sonra rəsmi Dəməşqə qarşı psixoloji savaşa başlayıblar.

Amerika və onunla müttəfiq olan bəzi ölkələr mötəbər sənədlərə malik olmadan bu məsələdən istifadə edərək, Suriya dövlətini iddia olunan kimyəvi hücumda ittiham ediblər.

Belə bir halda, Rusiyanın müdafiə nazirliyi bazar ertəsi günü bildirdi ki, bu ölkənin ordusu Suriyanın Şərqi Qutə bölgəsində yerləşən Duma məntəqəsinə qarşı kimyəvi hücum ilə bağlı heç bir əsər-əlamət tapmayıbdır.

Bir çox ekspert Suriya dövlətini kimyəvi silahdan istifadə etməkdə ittiham etməyi ümumi fikri aldatmaq və Suriya ordusunun terrorçular üzərindəki son qələbələri ilə paralel şəkildə reallıqları tərsinə göstərmək üzrə səy hesab edir.

Teqlər