May 16, 2018 11:04 Asia/Baku
  • Yunanıstanda İsrail bayrağı yandırıldı
    Yunanıstanda İsrail bayrağı yandırıldı

Yunanıstan vətəndaşları çərşənbə axşamı Fələstin xalqı ilə həmrəylik aksiyasında iştirak edərək, İsrail rejiminin bayrağını yandırıblar.

İRNA-nın məlumatına görə, aksiya iştirakçıları Beytülmüqəddəsin fələstinlilərə aid olduğunu fəryad edərək, Fələstin xalqının qırğın edilməsinə son qoyulması tələbini irəli sürüblər. Aksiya iştirakçıları həmçinin, İsrail səfirliyinin önündə bir araya gələrək, Fələstin xalqını himayə etdiklərini bildiriblər. Onlar daha sonra İsrail bayrağını yandıraraq, ABŞ prezidenti Donald Trampın bu ölkə səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qərarını tənqid ediblər.

Teqlər