May 17, 2018 09:39 Asia/Baku
  • Dimitris Avramopolos - Avropa Birliyinin komissarı
    Dimitris Avramopolos - Avropa Birliyinin komissarı

Avropa Birliyinin daxili məsələlər üzrə komissarı Dimitris Avramopolos Avropa şirkətlərinə ABŞ-ın İrana qarşı sanksiyalarına tabe olmağı qadağan edən qanun layihəsi üzərində çalışmaların həyata keçirilməsindən xəbər verib.

İRNA-nın məlumatına görə, AB-nin daxili məsələlər üzrə komissarı çərşənbə günü Brüsseldə jurnalistlər qarşısında deyib: Avropa Komissiyası AB-nin nüvə anlaşması qarşısındakı öhdəliklərinə sadiq qalacağından əmin olmaq üçün etibarlı və praktiki həll yollarını araşdırıb. 

Dimitris Avramopolos deyib: "Maneə Qanunu"ndan istifadə ehtimalı araşdırılıb və avropalılar lazım gələrsə bunu icra etməyə hazırdırlar. 

Avropalı komissarın işarə etdiyi layihə 1996-cı ilə aid bir layihədir. Bu layihə ABŞ-ın Kuba, İran və Liviyaya qarşı sanksiyaları ilə mübarizə aparmaq üçün hazırlanmışdı və Vaşinqtonu geri çəkilməyə məcbur etmişdi. 

Bu qanun layihəsinin icrası şirkətlərə xarici sanksiyalara əməl etməyi qadağan edir. Bu qanun layihəsinə əsasən Avropa Birliyi ABŞ-ın sanksiyalarla bağlı Avropa şirkətlərinə qarşı cəza tədbirləri və cərimələrini rəsmən tanımaqdan imtina edir. Bu, ABŞ-ın çıxmasından sonra nüvə anlaşmasını qorumaq üçün gündəmə gətirilən seçimlərdən yalnız biridir. 

ABŞ prezidenti Donald Tramp 8 may tarixində ölkəsinin nüvə anlaşmasından çıxmasına dair fərman imzaladı. 

Teqlər