May 17, 2018 10:07 Asia/Baku
  • Tramp miqrantları
    Tramp miqrantları "heyvan" adlandırdı

ABŞ prezidenti insanlığa yaraşmayan bir hərəkətdə Amerikadakı qanunsuz mühacirləri "heyvan" adlandırıb.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Donald Tramp Kaliforniya Ştatının qanunvericiləri və polis rəsmiləri qarşısında etdiyi çıxışında qanunsuz mühacirlərlə bağlı kəskin mövqedən çıxış edib və deyib: Qanunsuz mühacirlər "heyvan"dırlar, adam deyillər. 

Tramp Amerikada mühacirləri himayə qanunun tənqid edərək, ABŞ-ın miqrasiya qanunlarını dünyanın ən axmaq qanunu adlandırıb. 

Tramp həmçinin, demokratların mühacirlər və mühacirətlə bağlı baxışını tənqid edib. 

Trampın prioritet siyasətlərindən biri mühacirlərlə bağlı siyasətidir. Onun mühacirlərlə bağlı mövqeyinin xeyli kəskin olmasını nəzərə alaraq, bəzi ştatlar bu qərarları icra etməkdən imtina edirlər. 

Kaliforniya Ştatı Tramp hökumətinin mühacirlərlə bağlı qərarını boykot edən ən böyük ştatdır. Kaliforniya Ştatı mühacirlərlə bağlı Federal Hökumət ilə əməkdaşlıq etməyəcəyini bildirib. 

Teqlər