May 18, 2018 09:57 Asia/Baku
  • ABŞ prezidentinin cəfəngiyyatları davam edir
    ABŞ prezidentinin cəfəngiyyatları davam edir

Amerika prezidenti dünən bir daha İran İslam Respublikasına qarşı iddialarını təkrar edib.

Donald Tramp Vaşinqtonda NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşdə iddia edib ki, İran İslam Respublikası Yaxın Şərqdə toqquşma və gərginlik amilidir.

Amerika prezidenti bundan öncə də İranın regiondakı əksər səbatsızlıqlarda məsuliyyət daşıdığını bildirmiş və iddia etmişdi ki, İran İslam Respublikası terrorçulara dəstək verir.

Bu sözlər elə bir halda söylənir ki, İran İslam Respublikası regionda amerikan-sionist mehvərin hərəkətləri və fitnələri ilə mübarizədə əsas rol oynayır.

İran İslam Respublikası ABŞ ilə onun müttəfiqlərinin İraq və Suriyada dəstək verdikləri terror qrupları ilə mübarizə istiqamətində bu ölkələrin rəsmi dəvətlərilə onlara hərbi məsləhətlər verir ki, bu da heç bir vəchlə Trampın xoşuna gəlmir. 

Teqlər