May 29, 2018 08:41 Asia/Baku
  • Moqerini: Nüvə anlaşmasının qorunması Avropa üçün bir təhlükəsizlik mövzusudur
    Moqerini: Nüvə anlaşmasının qorunması Avropa üçün bir təhlükəsizlik mövzusudur

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi İran ilə nüvə anlaşmasının qorunmasını Avropa üçün bir təhlükəsizlik məsələsi adlandırıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Federika Moqerini bazar ertəsi günü Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin Brüssel iclasının sonunda deyib: Avropa Birliyi nüvə anlaşmasını qorumaq məqsədilə İran üçün həvəsləndirici iqtisadi paketləri araşdırmaqla məşğuldur. 

Moqerini Avropa Birliyinin xarici işlər nazirlərinin iclası və iclasda irəli sürülən təkliflərə işarə edərək, deyib: Avropa Birliyinə üzv bəzi ölkələr İran ilə ticarətin qorunması üçün aydın ideyalar və təkliflər irəli sürdülər. 

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi AB-nin xarici işlər nazirləri iclasının əvvəlində də Xarici İşlər Nazirləri Şurasının gündəmində duran başlıca və ən önəmli İran ilə nüvə anlaşmasını qorumaq olduğunu demişdi. 

Teqlər