İyun 20, 2018 16:49 Asia/Baku
  • Moqerini reaksiya verdi
    Moqerini reaksiya verdi

Avropa Birliyi xarici siyasət koordinatoru ABŞ dövlətini BMT İnsan Haqlaır Şurasından çıxdığına görə qınadı.

Spotnikin verdiyi məlumata görə, Federika Moqerini deyib: ABŞ dövlətinin BMT İnsan Haqları Şurasından çıxması bu ölkənin dünya səviyyəsində demokratiyanın hamisi rolunu kölgəyə salacaq. 

Moqerini Amerikanın bu qərarını qınayaraq deyib: Avropa Birlyi BMT-nin insan haqlarına və təməl azadlıqlara dəstək sahəsində ən önəmli qurumu olan İnsan Haqları Şurası qarşısında öz öhdəliyinə sadiq qalacaq. 

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Hili dünən bildirib ki, Amerika BMT İnsan Haqları Şurasından çıxıb. 

Amerikanın bu qərarı geniş tənqidlərə yol açıb. 

Fransada sağçı Xalq Cəbhəsi partiyasının sədri Marin Lopen ABŞ prezidenti Donald Trampın uşaqları valideynlərindən ayıran anti-miqrasiya siyasəti barədə deyib ki, o amerikalıların bu hərəkətini heç cür başa düşə bilmir. 

Britaniyanın XİN başçısı Boris Conson da Amerikanın bu hərəkətindən təəssüfləndiyini deyib. 

ABŞ dövləti özünün anti-miqrant siyasətinin icrasında aprel ayından bəri 2 mindən çox miqrant övladını valideynlərindən ayırıb və Meksika sərhəddində yerləşən bir düşərgədə dəmir qəfəslərdə həbs edib. 

Teqlər