İyul 13, 2018 17:50 Asia/Baku
  • Tramp ilk dəfə İngiltərədə:
    Tramp ilk dəfə İngiltərədə: "Körpə Tramp" şarı onu hiddətləndirib

ABŞ prezidenti Donald Trampın ilk İngiltərə səfəri ilə yanaşı Londonda ona qarşı etiraz aksiyaları da davam edir.

Londonun Parlament meydanında yığışan etirazçılar 6 metr hündürlükdə, Trampın "Twitter”dən istifadəsinə parodiya kimi əlində mobil telefon tutan, pampersli "Körpə Tramp” şarını havaya qaldırıblar.

London meri Sadıq Xan keçən həftə "Körpə Tramp” şarının parlament üzərində süzməsinə icazə vermişdi. 

"Bələdiyyə sədri sülhməramlı etiraz haqqını dəstəkləyir və bunun fərqli formalarda edilə biləcəyini başa düşür” – Xanın mətbuat üzrə nümayəndəsi belə deyib.

ABŞ prezident Donald Tramp şarın varlığından xəbərdar olduğunu bildirərək, İngiltərənin "Sun” qəzetinə bu sözləri demişdi:

"Mənə arzuolunmaz şəxs olduğumu hiss etdirmək üçün belə şeylər edirlərsə, zənn edirəm Londona getmək üçün bir səbəb yoxdur. Londonu şəhər kimi çox sevirdim. Xeyli vaxtdır Londonda olmamışdım. Amma mənə arzuolunmaz şəxs olduğumu hiss etdirmək istəyirlərsə, niyə orada qalım ki?”

Teqlər