İyul 14, 2018 08:00 Asia/Baku
  • Rusiya sionistlərin Suriya barədəki istəyini rədd edib
    Rusiya sionistlərin Suriya barədəki istəyini rədd edib

Bir sionist media yazıb ki, Rusiya sionist rejimin "iranlı qüvvələrin və Livanın Hizbullah qüvvələrinin işğal olunmuş Fələstinin Suriya ilə sərhədinin səksən kilometrliyindən uzaqlaşdırılması" adlandırdığı məsələ ilə bağlı istəyinə qarşı çıxıbdır.

Sionist "Yediot Aharnot" qəzeti yazıb ki, sionist rejimin hərbi təşkilatı Rusiyadan bu addımın müvəqqəti bir addım kimi atılmasını istəyib, lakin ruslar onunla müxalifət ediblər.

Bu sionist qəzet həmçinin Suriya ordusu və onun müttəfiqlərinin qüvvələrinin bu ölkənin cənubundakı uğurlarına toxunaraq yazır ki, Suriya prezidenti Bəşşar Əsədin qüvvələri yaxın gələcəkdə tam şəkildə Cövlan yüksəkliklərinə yiyələnəcəklər.

Belə bir halda, sionist rejimin baş naziri Benyamin Netanyahu cari həftədə Rusiyaya səfər edib. Cari milad ilinin başlanmasından bəri bu, Netanyahunun Rusiyaya üçüncü səfəri olubdur.

Sionist rejimin baş naziri cümə axşamı günü Rusiya prezidenti Vladimir Putinlə görüşdə onunla nüvə anlaşması, Suriya məsələsi, Yaxın Şərqin durumu və Fələstin mövzusu barədə danışıb.

Suriya ordusu və onun müttəfiqlərinin qüvvələrinin bu ölkənin cənubundakı uğurları və terrorçuların bu məntəqədəki məğlubiyyəti sionist rejimin baş nazirini əsəbiləşdirərək, əl-ayağa salıbdır.

Teqlər