İyul 14, 2018 10:30 Asia/Baku
  • Trampın İngiltərədə olmasına qarşı etirazlar davam edir
    Trampın İngiltərədə olmasına qarşı etirazlar davam edir

Şotlandiya əhalisi də Trampın İngiltərədə olmasına qarşı etiraz edibdir.

Şotlandiya əhalisindən minlərlə nəfər ABŞ prezidenti Donald Trampın Şotlandiyaya daxil olması ilə bir zamanda etiraz aksiyası keçiribdir.

Tramp həftə sonunu Erishir-də özünə aid olan Trənberi qolf meydançasında keçirməyi planlaşdırır və bu səfər şəxsi səfər kimi elan edilibdir.

Tramp Şotlandiyaya daxil olmazdan öncə dünən Londonda İngiltərənin baş naziri Tereza Mey ilə görüşübdür.

ABŞ prezidenti Londonda da xalqın geniş etirazı ilə üzləşibdir.

İngilis etirazçılar 2017-ci ildə Trampın Londona səfəri xəbərinin ilk dəfə yayıldığı zaman müxtəlif kampaniyalar təşkil edərək, elan etdilər ki, ABŞ prezidentinin bu ölkəyə daxil olacağı təqdirdə, tarixin ən böyük aksiyasını keçirəcəklər.

Teqlər