Avq 10, 2018 21:27 Asia/Baku
  • Rubl dollar qarşısında dəyərini itirdi
    Rubl dollar qarşısında dəyərini itirdi

Vaşinqtonun Moskvaya qarşı yeni sanksiya paketinin elan edilməsindən sonra Rusiyanın milli valyutası kəskin şəkildə devalvasiyaya uğrayıb.

Dünən Moskva çencerlərində rubl son iki ildə ən dəyərsiz durumun şahidi olub. Hər ABŞ dolları Moskva çencerlərində 66.35 rubla çenc edilib, halbuki 6 ay öncə hər dollar 58 rubl ilə dəyişdirilirdi. Bu rəqəm futbol çempionatı zamanı isə 63 təşkil edirdi. 

Moskvanın birja bazarında isə bu gün bir çox rus şirkətlərinin payları öz dəyərini itirdi. Bu dəyərini itirmə bəzən 3 faiz təşkil etdi. Dəyərini ən çox itirən Rusiyanın ən iri Alüminum şirkəti olan RusAl şirkətinin səhimlərinin dəyəri 2.8 faiz düşdü. Rublun devalvasiyasının Qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.