Avq 12, 2018 17:35 Asia/Baku
  • Hindistanda daşğınlar nəticəsində 718 nəfər ölüb
    Hindistanda daşğınlar nəticəsində 718 nəfər ölüb

Hindistanın daxili işlər naziri bildirib ki, bu ölkədə baş verən daşğınlar nəticəsində son iki ayda 718 nəfər həlak olub.

İRNA-nın verdiyi məlumata görə, Hindistanın daxili işlər naziri Racnat Sinq bu gün deyib: 718 nəfərin həyatını itirməsindən əlavə on minlərlə insan da daşğınlar nəticəsində öz mənzillərini tərk etməli olublar. 

Son 4 gündə Hindistanın şimal, mərkəz və cənub bölgələri leysan yağışların və daşğınların şahidi olub. 

Bu vilayətlərdə 27 min hektar əkin sahələri məhv olub. 

 

Teqlər