Avq 12, 2018 20:37 Asia/Baku
  • Myanma Ruhinca müsəlmanlarına yardım edilməməsinə çağırıb
    Myanma Ruhinca müsəlmanlarına yardım edilməməsinə çağırıb

Banqladeşin Xarici İşlər Nazirliyi bildirib: Myanma Banqladeşdən istəyib ki, iki ölkə sərhədlərində ilişib qalan yüz minlərlə ruhinca müsəlmanına humanitar yardımları dayandırsın.

FransPress bildirir ki, Banqladeşin XİN bu gün bildirib: Banqladeş və Myanma rəsmiləri arasında Myanma paytaxtında gedən müzakirələrdə Myanmanın yüksək səviyyəli rəsmilərindən biri Banqladeşdən Ruhinca müsəlmanlarına humanitar yardımlarını dayandırmasını istəyib. 

Ruhinca didərginləri durumlarından nigaran qalaraq Myanma dövlətinin onlara qarşı son təzyiqlərinin durumun daha da mürəkkəbləşməsinə gətirib çıxardığını bildiriblər. 

BMT Myanma ordusunu etnik təmizləmənin amili və dünyanın ən pis ordusu adlandırıb. 

Teqlər