Avq 25, 2018 11:30 Asia/Baku
  • Ruhinca müsəlmanları aksiya keçiriblər
    Ruhinca müsəlmanları aksiya keçiriblər

Banqladeşdə minlərlə ruhinca didərgini sürgün üdilmələrinin ilk ildönümündə Myanma hökumətinə qarşı aksiya keçirib.

FransPressin verdiyi məlumata görə, Banqladeşdə yaşayan minlərlə ruhinca didərgini bu gün Myanmadan məcburi köçkün edilmələrinin ildönümündə aksiya keçirərək Myanma dövlətinin cinayətlərini pisləyib. 

Ruhinca müsəlmanları didərginlərin durumuna baxılması, BMT tərəfindən onların barəsində ədalətin təmin edilməsini istəyiblər. 

BMT öncə bir hesabatda Myanmanın Raxin vilayətində ruhinca müsəlmanlarına qarşı qırğın əməliyyatlarını pisləyərək Myanma ordusunun müsəlmanlara qarşı törətdiyi cinayətlərin etnik təmizləmə olduğunu bildirmişdi və Myanma ordusunu dünyanın ən pis hərbçiləri adlandırmışdı. 

Ötən il 25 avqustdan başlayaraq Myanma ordusu və ifratçı buddistlər ölkənin qərbində Raxin vilayətində ruhinca müsəlmanlarına hücum edərək 6 mindən çox müsəlmanı qırğın etdilər , səkkiz min müsəlman yaralandı və bir milyondan çox ruhinca müsəlmanı da Banqladeşə qaçmalı oldu. 

Teqlər