Sen 14, 2018 14:21 Asia/Baku
  • ABŞ-ın Xəzər barədə planı ifşa olunub
    ABŞ-ın Xəzər barədə planı ifşa olunub

Rusiyalı diplomat deyib: ABŞ dövləti Xəzərin hüquqi statusu ilə əlaqədar danışıqlarda müdaxilə etməyə cəhd göstərirdi.

Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqo Bratçikov dünən Kommersant qəzetinə verdiyi açıqlamada deyib: Xəzərdən kənar bəzi ölkələr o sıradan Amerika Xəzər dənizinin hüquqi statusu konvensiyasının hazırlanması ilə əlaqədar müzakirələrdə müdaxilə etməyə çalışırdı. 

Bratçikov deyib: Xəzər dənizi ilə əlaqədar gedən 20 illik müzakirənin bütün zamanlarında regiondan kənar oyunçular müzakirələrə nüfuz etməyə cəhd göstəriblər. 

5 xəzəryanı ölkə 12 avqustda 2 illik müzakirədən sonra nəhayət Xəzər dənizinin hüquqi konvensiyasını imzaladılar. 

Ekspertlər bu sənədin imzalanmasını bu ölkələr arasında regional əməkdaşlıqlaırn genişlənməsində dönüş nöqtəsi adlandırırlar. 

Teqlər