Sen 14, 2018 18:58 Asia/Baku
  • Masaçusetdə yanğın
    Masaçusetdə yanğın

ABŞ-ın Masaçuset ştatında Endeavur və Merrimak şəhərlərində zəncirvcarı yanğınlar və partlayışların ardınca dövlər rəsmiləri mənzillər və ümumi məkanların boşaldılmasına göstəriş veriblər.

AP-nin verdiyi məlumata görə, dünən baş verən partlayışlarda bu iki şəhərdə bəzi yanacaqdoldurma məntəqələri yanğına məruz qalıb. 

Masaçuset polisi indiyədək 17 yanğının baş verdiyini bildirib. 

Amerika rəsmiləri yanacaqdoldurma məntəqələri və kimyəvi maddələrin istehsalı zavodlarında partlayışların davam edəcəyi barədə xəbərdarlıq ediblər. 

İndiyədək baş verən yanğınlarda bir 18 yaşlı gənc ölüb 11 nəfər yaralanıb. 

Masaçuset qubernatoru Çarli Baker bu hadisələrin səbəbini qaz borularında təzyiqin həddindən artıq artması ilə İzah edib. 

Teqlər