Sen 19, 2018 09:25 Asia/Baku
  • McDonald işçiləri seksual zorakılıqlara etiraz ediblər
    McDonald işçiləri seksual zorakılıqlara etiraz ediblər

Amerikanın bəzi şəhərlərində McDonald işçiləri bu şirkətin müxtəlif şöbələrində cinsi zorakılıqlara qarşı etiraz aksiyası keçiriblər.

AP-nin verdiyi məlumata görə, dünən Çikaqoda McDonald işçiləri bu restoranlar silsiləsinin mərkəzi binası qarşısında aksiya keçiriblər. 

Bu aksiyada iştirakçılar müxtəlif şöbələrdə işçilərə qarşı seksual zorakılıqların dayandırılmasını istəyiblər. 

Aksiyaçılar Texas və Missuridə də oxşar etirazlar həyata keçiriblər. 

Aksiyaçılar həmçinin McDonald rəhbərləri və işçiləri üçün seksual zorakılıqla qarşılaşmaq yollarının təlim edilməsini istəyiblər. 

Aksiyaçılar işçilərə qarşı cinsi zorakılıqların araşdırılmasını da tələb ediblər. 

Son aylarda bir çox siyasətçilər, kino ulduzları, ordu rəsmiləri korrupsiya və əxlaqi pozğunluqda ittiham ediliblər. 

Bir neçə amerikanlı qadın da ABŞ prezidenti Donald Trampa qarşı seksual zorakılıq ittihamı ilə şikayət ediblər. 

Teqlər