Sen 28, 2018 18:11 Asia/Baku
  • Trampa qarşı təhqiramiz gülüşlər medialarda
    Trampa qarşı təhqiramiz gülüşlər medialarda

Həm BMT-nin Təhlükəsizlik Şurasında, həm də bu təşkilatın Baş Assambleyasındakı çıxışlarında Amerika prezidenti öz ifadələri ilə zaldakıların gülüşünə səbəb oldu. Eyni zamanda, o, İrana qarşı təzyiqdən danışarkən ölkələrin, hətta müttəfiqlərinin dövlət başçılarının ona qarşı rədd cavablarını yaxşıca hiss etdi.

Amerika prezidenti bu jestlə BMT tribunasının arxasına keçərkən hamının gülüşünə səbəb olacağını zənn etmirdi.

Tramp: Mənim dövlətim iki ildən az bir müddətdə ölkəmizin tarixindəki təqribən bütün dövlətlərdəkindən çox nailiyyətlər əldə edibdir. Bu reaksiyanı gözləmirdik, amma eybi yoxdur.

Bu sözlər o qədər gülməli idi ki, Trampın özünü də gülmək tutdu. Əlbəttə, elə bilirdi ki, zaldakılar onunla gülürlər, əslində isə ona gülürdülər.

Bunu, Əlcəzirə telekanalının amerikalı eksperti Trampın çıxışından sonra söylədi.

Əlcəzirə telekanalının eksperti: Deyəsən, Tramp bu məsələni dərk etmədi ki, zaldakılar onunla deyil, ona güldülər. Zənnimcə, o, suverenlik və təcrid olunmaq sahəsində başını itiribdir.

Zaldakıların Trampa qarşı təhqiramiz gülüşləri Qardian və İndipendent qəzetləri daxil olmaqla bir çox beynəlxalq media tərəfindən geniş şəkildə əks etdirildi. Bu barədə İngiltərədə çıxan "Deyli Mirror"(Daily Mirror) belə yazıb: Birləşmiş Millətlər Təşkilatı aşkar şəkildə Trampa güldü, zira Tramp hamıya öz dövlətinin nailiyyətlərindən dəm vurdu. Bu təhqir onun çıxışının elə əvvəlində baş verdi.

Dövlətlərin gülüşlərindən sonra Tramp bütün dövlətlərə birbaşa və ya dolayısı ilə hücum etdi.

Tramp: Biz heç vaxt Amerika hakimiyyətini seçilməmiş, məsuliyyətsiz və beynəlxalq bir bürokratiyaya təslim etməyəcəyik.

Bu sözlər bais oldu ki, Fransanın prezidenti Makron reaksiya versin.

Makron: Bu bir həyəcandır ki, hər kəs öz qayda-qanununu qorumağa çalışsın. Təkid edirəm ki, bu yol, bizim hamımızı münaqişə və təcridə doğru yönləndirən məhz həmin tək vektorlu bir yoldur. Paris razılaşmasına hörmətlə yanaşmayan ölkələr və dövlətlərlə ticarət müqavilələri imzalamayaq.

Tramp: Əgər Almaniya öz yolunu dəyişməzsə, Rusiyanın enerjisindən asılı olacaqdır.

Almaniyanın xarici işlər naziri güldü.

Amerikanın CBS telekanalının müxbiri yazıb: Tramp insan haqları və dünya rəhbərliyi barədə öhdəliyi təcavüzkarlıq və quldurluqla əvəz edibdir. Tramp İrana qarşı danışdı, beynəlxalq müahidələrə göz yumdu.

Tramp: Biz İnsan Haqları Şurasından çıxdıq və onun islah edilməsinədək ona qayıtmayacağıq.

Amerikalı senator və Kaliforniyadan olan demokrat nümayəndə öz twitter səhifəsində yazıb: Trampın İran qarşısındakı təkvektorluluq metodu məğlubiyyətə uğrayacaq. Amma bir neçə ada ölkəsi onunla və onun siyasətləri ilə razılaşır.

"Rəy Əl-Yəum" nəşrinin baş redaktoru da Trampın Yaxın Şərq barədəki çıxışını həyasızcasına və rasistcəsinə bir çıxış adlandırıb.

Tramp 2014-cü ildə belə twitt etmişdi ki, "biz dünyanın gülüşünə səbəb olacaq bir prezident istəmirik", amma onun özü bütün iclas iştirakçılarının gülüş mənbəyi oldu. Hətta virtual mühit də ona qarşı təhqirlərlə doludur.

Teqlər