Okt 03, 2018 19:43 Asia/Baku
  • AP-nin sədr müvini Səudiyyə Ərəbistanına silah ixracatının dayandırılmasına çağırıb
    AP-nin sədr müvini Səudiyyə Ərəbistanına silah ixracatının dayandırılmasına çağırıb

Avropa Parlamentinin sədr müavini deyib: Parlament üzvlərinin çoxu Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə silah ixracatına qadağa qoyulmasını istəyirlər.

Kastaldo Fabio Massimo bu gün Əl-Cəzirə telekanalına verdiyi açıqlamada deyib: Mən və parlamentdəki həmkarların çoxu AB-yə üzv olan bütün ölkələrin Səudiyyə Ərəbistanı və Yəmənə qarşı müharibədə iştirak edən digər ölkələrə silah ixracatını qadağan edən qanun qəbul edilməli olduğu qənaətindəyik. 

Massiv deyib: Əlbəttə Avropa Parlamenti öncə də Səudiyyə Ərəbistanına silah ixracatının tam qadağan edilməsi üçün iki layihə qəbul etmişdi amma bu barədə daha mükəmməl mövqe nümayiş etdirməlidir. 

AP sədr müavini Yəməndəki acınacaqlı vəziyyətə toxunaraq deyib: Bu ölkədə insan haqları pozulur və biz ölkələrə silah ixracatı meyarlarını məhdudlaşdıran və Səudiyyə Ərəbistanına silah tatışını tam dayandıran yeni təşəbbüs ardıncayıq. 

 

Teqlər