Okt 11, 2018 10:51 Asia/Baku
  • Lavrov: Moskva Qolanın vəziyyətinin hər cür dəyişməsi ilə müxalifdir

Rusiyanın xarici işlər naziri dünən bildirib ki, Moskva sionist rejim tərəfindən Qolan yüksəkliklərinin mövqeyinin hər cür dəyişdirilməsilə müxalifdir. O bildirib ki, bu məntəqənin coğrafi vəziyyətinin BMT Təhlükəsizlik Şurası çərçivəsindən kənar dəyişdirilməsi bu şura qətnamələrinin pozulması deməkdir.

Sergey Lavrov qeyd edib ki, Qolan yüksəkliklərinin hüquqi mövqeyi BMT Təhlükəsizlik Şurasının qətnamələrində təyin edilibdir.

Sionist rejimin baş naziri bazar ertəsi günü vurğulamışdı ki, bu rejim heç vaxt Suriyanın işğal olunmuş Qolan yüksəkliklərindən geri çəkilməyəcəkdir.

Suriyanın işğal olunmuş Qolan yüksəkliklərində olan Benyamin Netanyahu deyib ki, dünya ictimaiyyəti sionist rejimin bu məntəqəyə olan suverenliyini tanımalıdır.

Sionist rejim 1967-ci ildə Qolan yüksəkliklərində Suriya ərazisinin təqribən 1200 kvadrat-kilometrini işğal və bir müddət sonra bu məntəqəni işğal olunmuş ərazilərə əlavə etdi. Dünya ictimaiyyəti heç vaxt bu əlavəni rəsmən tanımayıbdır.

BMT-nin Təhlükəsizlik Şurası bu məntəqəni işğal olunmuş məntəqə adlandırıbdır.