Okt 11, 2018 13:10 Asia/Baku
  • Ərəbistanın Amerikadakı səfirliyi önündə aksiya

Hüquq və media fəalları səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının yoxa çıxmasına etiraz etmək üçün Ərəbistanın Vaşinqtondakı səfirliyi önündə aksiya keçirib.

Bir qrup hüquq və media fəalı dünən Ərəbistanın Vaşinqtondakı səfirliyi önünə toplaşaraq, Camal Qaşıqçının vəziyyətinə aydınlıq gətirilməsini tələb edibdir.

Ərəbistanın Vaşinqtondakı səfirliyi önünə toplaşan insan haqları fəallarının əllərindəki plakatların üzərində bunlar yazılmışdı: "Camal Qaşıqçı hardadır?", "Qaşıqçı ölüdür, yoxs diri?". Aksiyaçılar habelə Ərəbistanın vəliəhdi Muhəmməd bin Salmanın əlindən qan sızan müqəvvasını özləri ilə daşıyırdılar.

Ali-Səudun tənqidçilərindən olan Camal Qaşıqçı izdivacının qeydə alınması ilə bağlı idarə işlərini həyata keçirmək üçün oktyabrın 2-də Ərəbistanın İstanbuldakı konsulluğuna daxil oldu, lakin bir də geri dönmədi. Bəzi informasiya mənbələri bildiriblər ki, bu jurnalist qətlə yetirlibdir.

Bu ərəbistanlı jurnalistin adı səud rejiminin təqib və həbs edilməli şəxslər siyahısında yerləşmişdi. Camal Qaşıqçı illər idi ki, Ərəbistandan kənarda yaşayırdı.

Teqlər