Okt 13, 2018 21:54 Asia/Baku
  • Ətvan: Tramp üçün insan haqları yox, pul önəmlidir
    Ətvan: Tramp üçün insan haqları yox, pul önəmlidir

Rəy Əl-Yəum qəzetinin baş redaktoru, tanınmış ərəb analitik ABŞ-ın jurnalist Camal Qaşıqçının taleyinə laqeyd yanaşmasının ardınca deyib: Qərblilər üçün insan haqları yox, pul önəmlidir.

Amerika Ərəbistan ilə onlarla milyard dollar dəyərində müqavilə imzalayıb və bu müqavilələr amerikalılar üçün yeni iş yerləri yaradıb və Amerika bu müqavilələr sayəsində qeyri adi iqtisadi inkişafa nail olub. Məsələ əslində müqavilə məsələsidir, insan haqları yox. Siz amerikalılar bizi öldürürsünüz, amma, azad dünyanın nümayəndəsi olduğunuzu iddia edirsiniz. İnsan haqları və azadlıq ardınca olduğunuzu deyirsiniz. Siz bizim ölkələrimizə və İraqa hücum etmisiniz. 13 ildən çoxdur k i, İraqı mühasirədə saxlayırsınız və milyonlarla iraqlı sizin mühasirənizdədir. bir milyondan çox iraqlı 2003-cü ildə sizin İraqa hücum etmənizdən sonra həlak olub. Bütün bunları insan haqları adı altında edibsiniz. Səddamın düşmən olduğunu və öz xalqını həbs etdiyini dediniz. Bəs nəyə görə bütün bu cinayətlərə yol verir, insan haqlarını, bütün dəyərləri ayaqlar altına atırsınız? Liviyada da Qəzzafinin düşmən olduğunu dediniz. Xalqına zülm etdiyini dediniz. Sonra da 30 min liviyalını qırğın etdiniz. Və Liviyanın siyasi quruluşunu insan haqları adı altında dəyişdiniz və Liviya xalqına demokratiya bəxş edəcəyinizi dediniz. Sonra da Liviyanı parçalanmış və viran edilmiş halda tərk etdiniz. Barəsində danışdığınız insan haqları budur? Qəzzafinin də başını kəsdiniz. İndi bu hadisələr Yəməndə təkrar olur. Yəməndə insan haqları haradadır? Suriya da elə o cür. Dediniz Bəşşar Əsəd düşməndir. Dediniz Suriya xalqını azad etmək istəyirik. Bütün bunları insan haqları adına etdiniz. Siz öz insan haqlarınız ilə bizi öldürdünüz, məhv etdiniz. Tramp deyir: Önəmli olan silah müqaviləsidir. Yəni onlar üçün insan haqları yox, pul önəmlidir. Bu bir həqiqətdir.