Okt 22, 2018 09:29 Asia/Baku
  • Kocharian yeni partiya yaradıb
    Kocharian yeni partiya yaradıb

Ermənistanın keçmiş prezidenti Robert Kocharian yeni partiya yaradıb müxalifətə keçmək fikrindədir. Bunu Kocharian Rusiyanın RiaNovosti agentliyinə müsahibəsində deyib.

“Əgər siyasətə dönmək istəyirsənsə, onda bu barədə fikirləşməlisən” keçmiş prezident bildirib.

Onun sözlərinə görə, partiyanın adı elə də prinsipial məsələ deyil.

“Prinsipial olan uyğunlaşdırılmalı olan yanaşmalardır. Hazırda müxalifət cəbhəsində çox ciddi boşluq görürəm və hesab edirəm ki, onu xalqın maraqları naminə doldurmaq lazımdır”, Kocharian deyib.

Keçmiş prezident qeyd edib ki, hansısa yüksək vəzifə tutmaq fikrində deyil.

Qarşıdan gələn vaxtındanəvvəl parlament seçkisinə gəldikdə isə Kocharian deyib ki, o bu seçkilərdə iştirak etmək fikrində deyil, sadəcə çatdırmır.

“Mən partiyasız olmuşam.Bu o deməkdir ki, sıfırdan partiya yaratmalıyam və əvvəlki köhnə partiyanı bərpa etməməliyəm. Mən seçkiyə yeni,yenilənmiş qüvvələrlə getmək istərdim”, keçmiş prezident deyib.

Robert Kocharian hesab edir ki, yaranmış vəziyyəti nəzərə alaraq yeni, istedalı, gənc və enerjili adamları cəlb etmək lazımdır.

Amma o qeyd edib ki, bu prosesə köhnə komandadan yaxşı tanıdığın insanları da cəlb etmək lazımdır.

Qeyd edək ki, bu ilin dekabrında Ermənistanda vaxtındanəvvəl parlament seçkisi gözlənir.

 

Teqlər