Okt 23, 2018 17:14 Asia/Baku
  • Kanada Ərəbistana silah satışını dayandırmağa hazır olduğunu elan etdi
    Kanada Ərəbistana silah satışını dayandırmağa hazır olduğunu elan etdi

Kanadanın baş naziri ölkəsinin Ərəbistana silah satışını dayandırmağa hazır olduğunu bildirib.

Röyters-in verdiyi məlumata görə, ərəbistanlı jurnalist Camal Qaşıqçının İstanbulda Ərəbistanın Baş Konsulluğunda qətlə yetirilməsi hadisəsinin ardınca Ər-Riyadın cəzalandırılması istiqamətində artan səylərin davamında Kanadanın baş naziri Castin Trodo deyib: Kanada Ərəbistana təhvil verilən silahlardan sui-istifadə edildiyi qənaətinə gələrsə, bu ölkə ilə silah müqaviləsinin icrasını dayandırmağa hazırdır. 

Kanada 2014-cü ildə Ərəbistan ilə 13 milyard dollar dəyərində silah müqaviləsi imzalayıb. 

Kanadanın neo-demokrat partiyası bu ölkənin Ərəbistana verdiyi silahlardan Yəməndə mülki əhaliyə qarşı istifadə edilməsini əsas götürərək, Ər-Riyada silah satışının dayandırılmasını istəyib. 

Teqlər