Noy 08, 2018 11:06 Asia/Baku
  • Lavrov terrorizm təhlükəsi barədə xəbərdarlıq etdi

Rusiyanın xarici işlər naziri deyib: İŞİD ilə mübarizədə əldə olunmuş uğurlara rəğmən hələ də terrorizm dünyanın hər bir yerində və hərhansı bir ölkəyə qarşı təhlükə mənbəidir.

Spotnik-in verdiyi məlumata görə, Sergey Lavrov dünən Moskvada keçirilən dünyanın təhlükəsizlik xidməti təşkilatları üzrə beynəlxalq iclasda etdiyi çıxışında deyib: Terrorçu qruplar öz maliyyə və texnoloji mənbələrini narkotik maddələrin qaçaqmalçılığı və mütəşəkkil cinayətlər vasitəsi ilə genişləndirirlər. 

Rusiya XİN başçısı deyib: Terrorçular Suriya və İraqda xarici dəstəkdən faydalanır və xaricdən silah almaqda davav edirlər. 

Lavrov deyib: Terrorçu qrupların imkanları son dərəcə zəifdir ancaq onların regiondakı fəaliyyəti tam dayandırılmayıb və bunun səbəblərindən biri də həmin qruplara xaricdən maliyyə və silah yardımlarının göstərilməsidir. 

Lavrov terrorçuların hərəkətləri barədə informasiyaların bölüşdürülməsi və qanun yardımların mübadiləsi üçün beynəlxalq səviyyədə  konstruktiv və şəffaf əməkdaşlıqlara çağırıb. 

Teqlər