Noy 09, 2018 09:09 Asia/Baku
  • Ağ Evdəki jurnalistlər həmkarlarının cəzalandırılmasına etiraz ediblər

Ağ Ev Jurnalistlər Cəmiyyəti CNN müxbirinin Ağ Evdəki fəaliyyət lisenziyasının ləğv edilməsini tənqid edib.

Hill informasiya portalının verdiyi məlumata görə, Ağ Ev Jurnalistləri Cəmiyyəti çərşənbə axşamı Ağ Evdən bu yanlış hərəkətinə dərhal düzəliş etməsini istəyib. 

CNN kanalı da bir bəyanat yayaraq, ABŞ prezidenti Donald Trampın bu informasiya kanalının müxbirinə qarşı hücumuna reaksiya verib və Trampın jurnalist ilə rəftarını əxlaq normalarına sığmayan, narahatlıq doğuran hərəkət adlandırıb. 

ABŞ hökuməti CNN telekanalının müxbiri Cim Akostanın Ağ Evdə fəaliyyət lisenziyasını ləğv edib. Səbəb jurnalistini öz sualı ilə Trampı çətin duruma düşürməsi olub. 

Cim Akosta Trampın immiqrantlarla bağlı siyasətinə dair sualı ilə prezidenti çətin vəziyyətə salıb. 

Suala heç bir məntiqli cavabı olmayan Tramp isə görünməmiş bir hərəkətdə diplomatik qaydalara və əxlaq normalarına sığmayan şəkildə jurnalistin sualını yarımçıq kəsərək, mikarfonun əlindən alınmasını istəyib.