Noy 09, 2018 11:23 Asia/Baku
  • Britaniya universitetlərinin qadın müəllimləri cinsi təcavüzün qurbanına çevrilirlər

Nəticəsi son zamanlar elan oluna ən yeni araşdırmalara əsasən Britaniya universitetlərində hər 5 qadın müəllimədən biri cinsi təcavüzə məruz qalıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, bu araşdırmalara əsasən cinsi təcavüz məsələsi Britaniya universitetlərində qadın müəllimləri ruhi və psixoloji sağlamlığını da təsir altına alıb. 

Bu araşdırmalara əsasən Britaniyada qadınların cinsi zəmində incidilməsi halları xeyli artıb və Britaniya ictimaiyyəti hazırda cinsi zorakılıq baxımından böhranlı şəraiti təcrübə edir. 

Bu məlumata görə, 2016-cı ildə 25 yaşa qədər olan qızlar və qadınlar arasında cinsi təcavüzə məruz qalma halları 2015-ci il ilə müqayisədə 55% daha çox olub. 

BBC kanalının ən son hesabatına əsasən Britaniyada qadınların 53%-i iş yerində cinsi zəmində incidilmələrə məruz qalır. Amma, onların 63%-i işini itirmək qorxusuna görə, bu kimi halları elan etmirlər.