Noy 09, 2018 19:12 Asia/Baku
  • Trampın media əleyhinə yönəlmiş hərəkətləri və Suzan Raysın jurnalistlərdən istəyi

ABŞ-ın keçmiş prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri jurnalistlərə qarşı rəftarını dəyişəcəyi zamana kimi, Ağ Evin mətbuat konfranslarının boykot edilməsini istəyib.

İRİB-nin verdiyi məlumata görə, Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Suzan Rays cümə günü Tvitterdə paylaşdığı bir yazıda CNN müxbirinin Ağ Evə giriş kartının ləğv edilməsinə rekaiya olaraq, jurnalistlərdən Ağ Evin mətbuat konfranslarını boykot etmələrini istəyib.

Rays bildirib: "Ağ Ev Jurnalistlər Cəmiyyəti! Ağ Evin mətbuat konfranslarında iştirakdan kütləvi şəkildə imtina etməyin zamanı çatıb. Onların jurnalistlərə qarşı hücmlarını dayandırmadıqları zamana kimi, Ağ Evin mətbuat konfranslarına qatılmayın."

ABŞ prezidenti Donald Trampın mətbuat konfransında CNN-in müxbirini təhqir etməsinin ardınca Cim Akostanın Ağ Evə giriş kartı ləğv edilib.

Teqlər