Noy 18, 2018 21:37 Asia/Baku
  • İtaliya dövləti öz büdcə layihəsini Brüsselə geri qaytarıb
    İtaliya dövləti öz büdcə layihəsini Brüsselə geri qaytarıb

İtaliya dövləti Avropa Komissiyasının özünün 2019-cu ilin büdcə layihəsinin yenidən nəzərdən keçirilməsi üzrə möhlətinin sonunda onu dəyişdirmədən Brüsselə qaytarıbdır.

İtaliya baş nazirinin müavini və bu ölkənin daxili işlər naziri Matteo Salvini "Avropanın, xərclərin azaldılması üzrə tələbi qarşısında bu ölkənin müqaviməti" adlandırdığı məsələyə təkid edərək, bildirib ki, İtaliya dövlətinin təklif etdiyi büdcə heç bir vəchlə dəyişməyəcək və öz mövqeyindən hətta bir millimetr də olsa belə, geri çəkilməyəcəkdir.

İtaliya baş nazirinin digər müavini Luici Di Mayo da deyib: Dövlətin məqsədi budur ki, ümumi daxili istehsal ilə bağlı büdcə çatışmazlığı nisbəti elə 2,4 faizdə qalmış olsun. O, deyib ki, 2019-cu ildə iqtisadi inkişaf 1,5 faiz olacaqdır.

İtaliya dövləti və Avropa Komissiyası bir müddətdir, Roma tərəfindən Avro məntəqəsi üçün proqramlaşdırılmış büdcə barədə fikir ayrılığına malikdirlər.

Teqlər