Dek 10, 2018 17:33 Asia/Baku
  • Aİ-nin Xİ nazirləri nüvə anlaşmasının önəminə təkid etdilər
    Aİ-nin Xİ nazirləri nüvə anlaşmasının önəminə təkid etdilər

Avropa ölkələrinin xarici işlər nazirləri İran ilə nüvə anlaşmasının Avropanın təhlükəsizliyi üçün önəmli olduğunu vurğulayaraq, bu anlaşmanın qorunmasını zəruri adlandırıblar.

İRNA-nın məlumatına görə, Almaniyanın xarici işlər naziri Hayko Mas Avropa ölkələri xarici işlər nazirlərinin Brüssel iclası ərəfəsində İran ilə nüvə anlaşmasının qorunmasının Avropanın təhlükəsizliyi üçün önəmli olduğunu bildirdi.

Avropa İttifaqına üzv 28 ölkənin xarici işlər nazirləri bu gün bazar ertəsi Brüsseldə bir araya gələrək, nüvə anlaşmasının gələcəyi və İran ilə iqtisadi-ticarət əlaqələrini davam etdirmək üçün maliyyə mexanizminin icra yollarını araşdıracaqlar. 

ABŞ rəsmilərinin destruktiv hərəkətlərinə rəğmən Almaniya və Fransa Avropa İttifaqının İran ilə maliyyə mexanizmi haqda razılığa gəliblər və SPV-nin icra edilməsi ilə ilk mərhələdə 9 Avropa ölkəsi ona qoşulacaq. 

ABŞ prezidenti Donald Tramp 8 may 2018-ci ildə birtərəfli qaydada İran ilə nüvə anlaşmasından çıxdığını və İrana qarşı sanksiyaların yenidən bərpa ediləcəyinin anonsunu verdi. 

Britaniya, Fransa, Almaniya, Çin, Rusiya və Avropa Birliyi isə ABŞ-ın bu qərarına qarşı çıxaraq, nüvə anlaşmasının qorunmasının zərurətinə təkid edirlər. 

Teqlər