Dek 24, 2018 10:55 Asia/Baku
  • BMT-nin Baş Assambleyası Cövlan yüksəkliklərinin Suriyaya aid olduğunu bildirdi
    BMT-nin Baş Assambleyası Cövlan yüksəkliklərinin Suriyaya aid olduğunu bildirdi

BMT-nin Baş Assambleyası bir daha böyük əksəriyyət ilə İsrailin işğalı altında olan Cövlan yüksəkliklərinin Suriya ərazisi olduğunu vurğulayıb.

Suriyanın dövlət xəbər agentliyinin verdiyi məlumata görə, BMT-nin Baş Assambleyası İsrailin işğalı altında olan Cövlan yüksəkliklərinin Suriyanın dövlət sərhədləri daxilində olduğuna və bu ölkə ərazisi sayıldığına təkid edən qətnamə layihəsini böyük əksəriyyət ilə təsdiq etdi. 

Bu qətnamə 159 lehinə, 7 əleyhinə və 13 bitərəf səs ilə qəbul edilib. 

BMT-nin Baş Assambleyasının qəbul etdiyi bu qətnamədə bir daha Cövlan yüksəkliklərinin Suriyaya aid və bu ərazidəki təbii sərvətlərin o cümlədən torpaq, su və enerji resurslarının Suriyaya məxsus olduğu bildirilir. 

BMT-nin Baş Assambleyası bu qətnamədə İsraildən işğalı altında saxladığı Cövlan yüksəklilərinin təbii sərvətlərini məhv etmək, onlara zərər və ziyan yetirməkdən çəkinməsini istəyib. 

İsrail rejimi 1967-ci ildə ümumi sahəsi təqribən 1200 kvadrat kilometr olan Cövlan yüksəkliklərini işğal etdikdən bir müddət sonra bu məntəqəni İşğal edilmiş Fələstin ərazilərinə birləşdirib. Amma, dünya ictimaiyyəti İsrailin bu hərəkətini heç vaxt tanımayıb. 

Teqlər