Yan 06, 2019 17:54 Asia/Baku
  • İngilis tələbələr üçün əmin-amansızlıq artıb
    İngilis tələbələr üçün əmin-amansızlıq artıb

İngiltərənin müxtəlif şəhərlərindəki geniş əmin-amansızlığın ardınca 27 universitet öz tələbələrini cinayətkarlar qarşısında qorumaq üçün polis qüvvələrinə iri məbləğ ödəyir.

Londonda çıxan "Tayms" qəzeti dünən bir reportajda yazıb: İngiltərə universitetlərinin beşdə biri tələbələrin təhlükəsizliyinin təmini üçün bu ölkə polisinə milyonlarla dollar ödəyir.

Bu reportajda deyilir: Ödənilən pul polis qüvvələrinin patrul keçmələrinə sərf olunur, halbuki tələbə yataqxanaları oğrular və narkotik qaçaqmalçıları üçün münasib bir məkana çevrilibdir.

İngiltərədə tələbələr cinayətlər qarşısında kövrəkdirlər.

Bəzi məlumatlar da göstəribdir ki, oğurluq, kobud hərəkətlər və cinsi cinayətlər İngiltərə tələbələrini hədələyən ən çox cinayətlərdəndir.

Teqlər