Yan 09, 2019 10:47 Asia/Baku
  • Mahatir Məhəmməd: Tramp beynəlxalq münasibətlərdəki sabitlik üçün bir təhdiddir

Malayziyanın baş naziri çərşənbə axşamı ABŞ prezidenti Donald Trampın beynəlxalq əlaqələrdəki sabitlik üçün təhlükə olduğunu deyib.

İRİB-nin verdiyi məlumata görə, Mahatir Məhəmməd CNN kanalına verdiyi müsahibədə Donald Trampın müxtəlif ölkələrə o cümlədən Çinə qarşı başlatdığı ticarət savaşını ABŞ və bütün dünya ölkələri üçün zərərli fenomen adlandırıb və deyib: Ticarət savaşları heç bir problemi həll etmir. 

Malayziyanın başnaziri bundan öncə ABŞ prezidentini beynəlxalq quldur adlandırmışdı. 

Beynəlxalq Valyuta Fondunun sədri Kristina Laqard da son zamanlar ABŞ prezidenti Donald Trampa xitabən ticarət savaşlarının udan tərəfinin olmayacağını deyib. 

Donald Tramp 2018-ci ilin əvvəllərindən başlayaraq, idxal məhsulları üçün əlavə gömrük rüsumları təyin etməklə öz ticarət şərikləri və rəqiblərinə ticarət savaşı elan edib. Trampın bu hərəkəti beynəlxalq səviyyədə mənfi reaksiyalar ilə üzləşib. 

Teqlər