Yan 11, 2019 14:23 Asia/Baku
  • Maduro ABŞ-ın müdaxilələrini pisləyib

Nikolas Maduro dünən ikinci dəfə olaraq Venesuela prezidenti kimi and içdi və andiçmə mərasimində Amerikaya və onun ardınca gedən ölkələrə hücum etdi.

Nikolas Maduro "Lima" qrupuna üzv ölkələri tənqid edərək, əlavə edib: "Lima" qrupuna üzv ölkələr yeni seçkilərin keçirilməsinə imkan yaransın deyə, cari il yanvarın dördündə məndən istədilər ki, hakimiyyətdən kənara çəkilim.

Maduro deyib: Venesuela Şimali Amerikanın imperialist ölkələri tərəfindən dünya müharibəsi mərkəzinə çevrilibdir.

"Lima" qrupuna üzv ölkələr bildiriblər ki, Maduronun ikinci dəfə prezident olması legitimliyə malik deyil və onu rəsmən tanımırlar.

Bu qrup Venesuela hökumətinə qarşı təzyiqləri şiddətləndirmək məqsədilə 2017-ci ilin avqust ayında yaradılıbdır.

ABŞ-ın və onun Latın Amerikasındakı müttəfiqlərinin Venesuelaya qarşı təzyiqlərinə rəğmən, Maduronun andiçmə mərasimi yerli vaxtla dünən keçirildi və o, ikinci dəfə olaraq and içdi.

Maduronun inauqurasiya mərasimi ilə bir zamanda Amerika Venesuela prezidentini qüdrətpərəstlikdə məhkum edərək, bildiribdir ki, onun yeni hökumətini rəsmi şəkildə tanımır.

Nikolas Maduro Venesuela xalqının birbaşa səsi ilə ikinci dəfə altıillik bir dövr üçün bu ölkənin prezidenti seçilibdir.

 

Teqlər