Yan 11, 2019 14:42 Asia/Baku
  • Yüzlərlə amerikalı dövlət qulluqçusu aksiya keçirib

Dövlətin bağlanması ilə məvacibsiz qalmış Amerikada dövlət sektorunun işçilərindən yüzlərlə nəfər bu prosesin davam etməsinə etiraz olaraq, Ağ Ev-ə doğru yürüş keçirib.

Yüzlərlə amerikalı dövlət qulluqçusu "Biz işləmək istəyirik!" şüarı ilə Ağ Ev-ə doğru yürüş keçiribdir.

Amerika dövlətinin bağlanmasından iyirmi günün keçdiyi bir halda, əmək haqqı almayan dövlət qulluqçuları bu şüarları veriblər: "Tramp, tətilə son qoy!", "Dövləti yenidən aç!", "Qoy, öz işimi görüm!".

Federal dövlət qulluqçularından təqribən 800 nəfər dövlətin bağlanması ücbatından əmək haqqısız qalıbdır. Onlar evdə qalmağa və ya məvacibsiz öz işlərini davam etdirməyə məcburdurlar.

ABŞ prezidentinin sərhəd divarı büdcəsi üstündə bu ölkə konqresinin demokratları ilə qarşıdurması dövlətin dekabrın iyirmisi günü səhərdən bağlanmasına bais olubdur.

Teqlər