Yan 11, 2019 17:09 Asia/Baku
  • Çin prezidenti Ş.Koreyaya səfər ilə razılaşıbdır

Çin prezidenti Si Tsinpin Şimali Koreyaya səfərə hazır olduğunu bildirib.

Şimali Koreyanın rəsmi informasiya agentliyi dünən Kim Çen In-ın ötən həftə Çinə olmuş səfərilə bağlı bunları qeyd edib: Şimali Koreya rəhbəri bu səfərdə Si Tsinpindən istəyibdir ki, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının yetmişinci ildönümü münasibətilə Şimali Koreyaya səfər etsin və Çin prezidenti bu səfərlə bağlı öz razılığını bildiribdir.

Bu səfər reallaşacağı təqdirdə, Çin prezidentinin bu ölkənin ən yüksək səviyyəli rəsmisi kimi Şimali Koreyaya ilk səfəri olacaqdır.

Ötən il də Çin prezidentinin Şimali Koreyaya səfəri barədə bu ölkənin medialarında məlumatlar yayılmışdı, amma sonda bu səfər həyata keçirilmədi.

Şimali Koreya rəhbəri Kim Çen In Çin prezidenti Si Tsinpinin dəvəti ilə ötən həftənin bazar ertəsi günündən çərşənbə gününədək Pekində səfərdə oldu. Bu, In-ın ötən oy ayda və Koreya yarımadasındakı yeni hadisələrdən sonra Çinə dördüncü səfəri sayılır.

 

Teqlər