Yan 12, 2019 12:31 Asia/Baku
  • Zaxarova: AB ƏMTP barədə praktiki sınaqda uğurlu çıxış etməyib
    Zaxarova: AB ƏMTP barədə praktiki sınaqda uğurlu çıxış etməyib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Avropa Birliyi Əhatəli Müştərək Təşəbbüs proqramının icrası barədə konkret müstəqil hərəkət etmək sınağında uğurlu çıxış etməyib.

İRNA-nın verdiyi məlumata görə, Mariya Zaxarova Avropa Birliyinin İran ilə Avropa arasında SPV adlı maliyyə mexanizminin icrasındakı gecikməsinə toxunaraq deyib: Avropa xarici siyasətinin icrasında müstəqil mövqeyə malik olmadığına görə ƏMTP-nin əməli sınağında uğur qazanmayıb. 

Zaxarova Moskvanın Brüssel və AB üzləri ilə müzakirələrdə dəfələrlə SPV mövzusuna təkid etdiyini xatırladıb və deyib: Yaxşı olar Avropa Birliyi beynəlxalq səhnədə müstəqil rola malik olsun. 

Rusiya XİN sözçüsü ƏMTP-nin sırf ikitərəfli yaxud ticarət anlaşması olmadığını əslində Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmiş və icrası lazım olan neçə tərəfli razılaşma olduğunu vurğulayaraq deyib: Moskva bu beynəlxalq razılaşmanı qoruyub-saxlamaq sahəsindəki səylərini davam etdirəcək. 

 

Teqlər