Quterreş: İranın regiondakı rolu konstruktivdir
Yan 19, 2019 10:22 Asia/Baku
Birləşmiş Millətlər Təşkilatının baş katibi dünən İranın Yaxın Şərq regionundakı rolunu mühüm və konstruktiv adlandırıb.
Antonio Quterreş dünən öz mətbuat konfransında jurnalistlərdən birinin İranın raket proqramı barədəki qərəzli sualını belə cavablandırıb: İran İslam Respublikası son dərəcə önəmli bir ölkədir.
Quterreş belə qeyd edib: Qərbi Asiya bölgəsinin müxtəlif, o sıradan Suriya və Yəməndə böhranlarla üzləşdiyi hazırkı durumda İran səmərəli rol oynayır.