Yan 21, 2019 11:33 Asia/Baku
  • ABŞ-ın 300 şəhərində qadınlar aksiya keçirib
    ABŞ-ın 300 şəhərində qadınlar aksiya keçirib

Amerikalı qadınlar ölkənin 300 şəhərində aksiya keçirərək, prezident Donald Trampın siyasətlərinə etiraz ediblər.

Əl-Cəzirə informasiya kanalının Vaşinqtondan verdiyi məlumata görə, amerikalı qadınların Trampa qarşı aksiyası ardıcıl olaraq üçüncü ildir ki, keçirilir. Minlərlə qadın paytaxt Vaşinqtonda və daha 300 şəhərdə Trampın siyasətlərinə etiraz etmək üçün küçələrə axın etmişdi. 

Aksiya iştirakçıalrından biri Əl-Cəzirənin müxbirinə deyib: Bu etiraz aksiyası Trampa onun siyasətləri ilə müxalif olduğumuzu bəyan etmək üçün keçirilir. O, pis adamdır və bunu bilməsini istəyirik. 

Bu etiraz aksiyasında iştirak edənlər həmçinin, qadınlara qarşı zorakılığa etiraz edərək, qadınların hüquqlarının müdafiə olunmasını istəyiblər. 

Aksiya iştirakçıları həmçinin, azlıqlar və immiqrantların  hüquqlarını müdafiə edərək, şüarlar veriblər. 

Bu etiraz aksiyası onlarla müəssisə və təşkilatın dəvəti ilə keçirilib. 

Amerikalı qadın Əl-Cəzirə kanalına deyib: "Bu etirazlar əslində yeni bir dəyişiklik hərəkatıdır. Heç bir liderə və daxili ixtilaflara da malik deyil. Mən bu aksiyada iştirak etdim. Amma, heç bir müəssisə və ya cərəyanın üzvü deyiləm. 

Amerikada Federal Hökumətin qismən bağlanması və hava şəraitinin qeyri-münasib olması bu ilkdi aksiyada iştirak edənlərin sayının az olmasına səbəb olub. Aksiyanı təşkil edən tərəflər arasındakı fikir ayrılıqları habelə, onlardan birinin anti-semitizmdə ittiham olunması bu ilki aksiyaya mənfi təsirlər buraxıb. Bu aksiyanın özü ABŞ ictimaiyyətində dərin ixtilafların və fikir ayrılıqlarının olduğundan xəbər verir.