Yan 22, 2019 11:00 Asia/Baku
  • Mey breksitin təxirə salınması tələbini rədd edib
    Mey breksitin təxirə salınması tələbini rədd edib

İngiltərənin baş naziri bu ölkənin Avropa Birliyindən çıxmasının- breksitin təxirə salınması tələbini rədd edib.

İngiltərənin baş naziri Tereza Mey bildirib ki, Avropa Birliyinin başçıları ilə müzakirələrə qayıtmazdan öncə müxalif qanunvericilər, eləcə də dövlətdə breksit razılaşması ilə müxalif olanlarla onların bu razılaşma ilə bağlı nigarançılıqları barədə daha artıq danışıqlar aparacaqdır.

İngiltərə parlamentinin aşağı palatasının üzvləri bu ölkənin baş naziri Tereza Mey ilə avropalı liderlər arasında əldə olunmuş breksit razılaşması ilə müxalifdirlər.

İngiltərə parlamenti üzvlərinin breksit razılaşması ilə müxalifətləri bu ölkənin Avropa Birliyindən çıxmasının gələcək durumunu əvvəlkindən daha çətin edibdir.

Avropa Birliyi vurğulayır ki, breksit razılaşması barədə yenidən müzakirə etmək olmaz.

İngiltərə 2019-cu il martın 29-da Avropa Birliyindən çıxmalıdır.

Teqlər