Fev 03, 2019 21:42 Asia/Baku
  • Fransızların Makrona qarşı qəzəbi soyumur
    Fransızların Makrona qarşı qəzəbi soyumur

Fransada hökumət əleyhinə etirazlar davam edir. Nə Makronun şirin vədləri, nə də silahlı cəza dəstələri insanların küçələrə çıxmasına mane ola bilməyib. Xalq və polis arasındakı qarşıdurmalar isə ötən hər gün daha da artır.

Fransa hökumətinin siyasətlərinə qarşı 80 günlük etirazların qurbanları ilə həmrəylik aksiyası.

Aksiya iştirakçılarından biri deyir: “Bu bir ağ yürüşdür. prezident və daxili işlər nazirinin göstərişi ilə xalqa qarşı qəddarlıq nümayiş etdirən Fransa polisinin zorakılıqlarının qurbanlarının xatirəsinə həsr olunmuş bir yürüşdür.”

Amma, elə bu ağ yürüşün özü də 80 minlik polis ordusunun zorakılıqları ilə qarşıdurma meydanına çevrildi.

Aksiya iştirakçılarından biri deyir: “Özünü bizlərdən biri adlandıran Makrona inanmıram. O, fırıldaqçı və kələkbazdır. Makron ölkəni idarə etməyə qadir deyil və hakimiyyətdən getməlidir.”

Kapitalizm quruluşu ilə müxalif olan on minlərlə insan 12-ci "qara şənbə”də Lans, Bordo, Nant, Marsey, Tur, Lil, Tuluz və Strasburq şəhərləri daxil olmaqla bir çox böyük və kiçik şəhərdə “Makron İstefa” və “cinayətkar daxili işlər naziri” şüarı ilə küçələrə axın edib. Sadəcə Paris şəhərində 15 min yəni ötən həftəkindən 3 dəfə daha çox insan etiraz aksiyasında iştirak edib.

Makronun varlı təbəqəni dəstəkləməsi və islahatlarının xalqın xeyrinə olmaması da insanların narazılığına səbəb olub: “Makronun bizdən olduğunu düşünmürəm. Fransa xalqı və sərmayə sahibləri qarşısında dayananlar bu insanlardırlar. Biz Makronun yağlı sözlərinə aldanmayacaq və mübarizəmizi davam etdirəcəyik.”

Hökumət Şurasının icazəsi ilə hələ də aksiya iştirakçılarına qarşı “flaş bal” silahından istifadə edən Fransa hökuməti bu dəfə də narazı kütləyə qarşı su şırnaqları, gözyaşardıcı qaz və flaş bal silahından geniş formada istifadə etdi. Zorakılıqlar o qədər geniş miqyasa malikdir ki, Parisin Respublika meydanı “İnsan haqları qurbangahı” adlandırılır.

Bu arada Fransa vətəndaşları hökumətin xalqa qarşı zorakılıqları dayandırmasını istəyiblər: “Hökumətdən xalqa qarşı bu kimi silahlardan istifadə etməməsini istəyirəm. Bunlar döyüş silahlarıdır. Sadəcə diktatorlar öz xalqına qarşı bu silahlardan istifadə edirlər.”

Artıq, rəsmi dairələr “qara şənbə”lərin qurbanlarına dair statistik məlumatlar yaymırlar. Buna baxmayaraq Fransa xalqı etiraz aksiyalarında 10 nəfərin ölməsi, minlərlə nəfərin həbs edilməsi habelə, 20-dən çox insanın gözündən olmasını unutmayacaq.

Fransa hökuməti ötən 12 həftə ərzinidə etiraz aksiyalarını yatırtmaq üçün siyasi və təhlükəsizlik baxımından əlindən gələn heç nəyi əsirgəməyib. Amma, etirazlar azalmaq yerinə daha da artır. İndi Fransa hökumətinin bundan sonra necə bir addım atacağını zaman göstərəcək.

 

Teqlər