Fev 05, 2019 13:19 Asia/Baku
  • Trampın andiçmə mərasimi təşkilatçıları prokurorluğa çağırıldılar
    Trampın andiçmə mərasimi təşkilatçıları prokurorluğa çağırıldılar

ABŞ-ın federal prokurorları prezidentin andiçmə mərasimini təşkil edən komitənin üzvlərini çağırtdırıblar.

CNN kanalının bildirdiyinə görə, Nyu-Yorkdakı federal prokurorlar ABŞ prezidenti Donald Trampın andiçmə mərasimini təşkil edən komitənin üzvlərini çağırtdırıb, onlardan 2017-ci ilin əvvəlində keçirilən andiçmə mərasiminə edilən maliyyə yardımlarına dair sənədlərin təqdim edilməsini tələb ediblər. 

Prokurorlar "andiçmə mərasimi fondu"na edilən yardımlara dair sənədləri və faktları araşdırırlar. 

Bu məlumata görə, federal prokurorlar xarici ölkə vətəndaşları və ya onlar tərəfindən Trampın andiç mərasiminə edilən maliyyə dəstəyinə dair məlumatların təqdim olunmasını istəyirlər. 

Bu araşdırmalar Trampın andiçmə mərasiminə edilən 100 milyon dollarlıq maliyyə yardımına dair korrupsiya işi ilə əlaqədardır. 

Ual Strit Jurnal qəzeti 2018-ci ilin dekabrında bu barədə məlumat vermişdi. 

Teqlər