Fev 09, 2019 20:16 Asia/Baku
  • Abdullah Abdullah - Əfqanıstan hökumətinin icra başçısı
    Abdullah Abdullah - Əfqanıstan hökumətinin icra başçısı

İran İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümünü münasibətilə Kabildə Əfqanıstan rəsmiləri, mücahidləri, ruhaniləri və Kabildəki xarici diplomatik korpusların nümayəndələrindən ibarət 400-dən çox qonağın iştirakı ilə xüsusi mərasim keçirilib.

Tarixi vərəqlədikcə İran İslam İnqilabı ilə Əfqanıstanın müasir tarixi arasında sıx bağların şahidi olursan. Elə İslam İnqilabının qələbə çaldığı ildə Əfqanıstan xalqının zülmə qarşı mübarizələrinə start verildi.

Bu gün İran İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümündə Əfqanıstan rəsmiləri, mücahidləri, ruhaniləri və Kabildəki xarici diplomatik korpusların nümayəndələrindən ibarət 400-dən çox qonaq qələbə münasibətilə İranı təbrik etmək üçün bir araya gəlmişdi.

Əfqanıstan prezidenti Abdullah Abdullah bu mərasimdə çıxış edərək, dedi: Bu gün siz İslam İnqilabınızın 40-cı ildönümünü qeyd etdiyiniz bir vaxtda, Əfqanıstanda başlanan savaşdan 40 il ötür. İran İslam Respublikasının cihad və müqavimət dövründə Əfqanıstan xalqına olan yardımları habelə, hazırkı dövrdəki dəstəkləri alqışa layiqdir və bütün bunlara görə İran xalqı və dövlətinə təşəkkür etmək lazımdır.

Dünya hegemonçuları ilə mübarizə, yaxşı qonşuluq münasibətləri və İran İslam İnqilabından təsirlənmək bu mərasimdə qonaqların işarə etdikləri digər məqamlar idi.

Mərasim iştirakçılarından olan Əfqanıstan parlamentinin üzvlərindən biri: İslam İnqilabı haqda belə dedi: İran İslam İnqilabı İslam Dünyasında və Əfqanıstandakı İslam hərəkatları üçün bir nümunədir.

Əfqanıstanlı millət vəkili iki ölkə arasında yaxın münasibətlərin olduğuna təkid edərək, dedi: Bizim İran İslam Respublikası ilə daim çox  yaxşı münasibətlərimiz olub. İran həmişə Əfqanıstan xalqı üçün yaxşı qonşu olub.

İran İslam Respublikasının Kabildəki səfiri cənab Bəhrami də İranın Əfqanıstanda sülh və sabitliyin bərqərar edilməsində heç bir səyini əsirgəməyəcəyini dedi: İran İslam İnqilabının qələbəsinin 40-cı ildönümündə tezliklə Əfqanıstanda slüh şənliyinin qeyd olunmasını arzu edirik.

Bəhrami daha sonra bütün region ölkələrinin terrorizm və digər problemlər ilə mübarizədə iştirak etməsini zəruri adlandırdı.

İran İslam İnqilabının qələbəsinin 40-cı ildönümü münasibətilə Kabildə keçirilən mərasim Əfqanıstan rəsmilərinin İran ilə əlaqələrin bütün sahələr üzrə geni şləndirilməsinə təkid etmələri üçün növbəti fürsətə çevrildi.

 

 

 

 

 

 

Teqlər