Fev 10, 2019 18:14 Asia/Baku
  • YUNİSEF(UNICEF) Afrikada milyonlarla evsiz uşağa yardım istəyib
    YUNİSEF(UNICEF) Afrikada milyonlarla evsiz uşağa yardım istəyib

BMT-nin uşaq fondu-YUNİSEF Afrikada azı 13,5 milyon didərgin və evsiz uşaq üçün geniş milli və beynəlxalq yardım istəyibdir.

YUNİSEF Afrika İttifaqının başçılarından istəyibdir ki, bir-biriləri ilə həmkarlıqda qeyri-müntəzəm neqativ mühacirətin qarşısını alaraq, bu qitə boyu mövcud olan evsiz-eşiksiz uşaqların ehtiyaclarına cavabdeh olmuş olsunlar.

YUNİSEF-in direktoru Henrietta For deyib: Hər gün zorakılığa və yoxsulluğa məruz qalan uşaq və ailələr təhlükəsizlik və daha yaxşı gələcək tapmaq üçün kədərli bir qərara gələrək, öz evlərini tərk edirlər.

For əlavə edib: Hərçənd bu yerdəyişmələrin əksər hissəsi Afrikanın içərisində baş verir, amma mənfi amillərin təsiri altında olduğu üçün qeyri-adi mühacirət sayılır.

Rəsmi statistikalara əsasən, Afrikada hər dörd mühacirdən biri uşaqdır ki, bu da miqdar orta beynəlxalq göstəricidən ikiqat çoxdur.