Fev 11, 2019 17:55 Asia/Baku
  • Rusiyanın müdafiə naziri: Ermənistan Moskvanın əsas müttəfiqidir

Rusiyanın müdafiə naziri İrəvanı Cənubi Qafqazda Moskvanın əsas müttəfiqi adlandırıb. Bildirib ki, ölkəsi Ermənistanla geniş əməkdaşlığını davam etdirəcək.

Sergey Şoyqu Ermənistanın müdafiə naziri David Tonoyan ilə görüşdə deyib ki, hər iki tərəf dəfələrlə müştərək planlar və hərəkətlərlə öz münasibətlərini təsdiqləyib və bu, ikitərəfli hərbi və hərbi-texniki həmkarlıqlara da şamil olur.

Rusiyanın müdafiə naziri həmçinin Suriyaya humanitar yardımlarda iştirak etməsinə görə, Ermənistana təşəkkür edib.

Ermənistanın müdafiə naziri də Suriyada ermənilərin məskunlaşmalarına işarə edərək, bu ölkə xalqına köməyi olduqca mühüm adlandırıb.

Tonoyan Rusiya cənub hərbi dairəsinin komandanı Aleksandr Dvornikov ilə də görüşübdür.

İki tərəf Rusiyanın 102-ci bazasının Ermənistanın hərbi bölmələri ilə bu ölkənin Qumri şəhərində birgə manevrinin keçirilməsi barədə razılığa gəlib.

Rusiya və Ermənistan kollektiv təhlükəsizlik müqaviləsi çərçivəsində bir-biriləri ilə yaxın hərbi həmkarlığa malikdirlər.

Teqlər