Fev 14, 2019 16:29 Asia/Baku
  • Pompeo Varşavadan əliboş qayıdacaq

Bir Amerika mediası tanınmış Avropa ölkələrinin Varşava iclasını soyuq qarşılamalarına işarə edərək, əminlik veribdir ki, ABŞ-ın dövlət katibi bu iclasdan əliboş qayıdacaq.

Vaşinqton Post qəzeti bu gün "Pompeo Varşavada Yaxın Şərq üçün bir gələcək tapmayacaq" adlı təhlildə yazıb: İrana qarşı beynəlxalq birliyi nümayiş etdirmək məqsədilə keçirilən bu iclas hər şeydən çox Trampın Yaxın Şərqdəki siyasətinin təzadlarının nümayişi səhnəsinə çevriləcək.

Bu amerikan media əlavə edib: Trampın İran qarşısındakı münasibəti barədəki fikir ayrılığı avropalıların Varşava iclasında iştiraka tərəddüd etmələrinin dəlilidir və bu arada Amerikanın birtərəfli şəkildə nüvə anlaşmasından çıxması hamıdan çox onların məyus olmalarına səbəb olubdur.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Varşava iclasının keçirilməsinə toxunaraq, deyib: Amerikalılar bu iclası keçirmək üçün çox can atdılar, amma sonradan öz mövqelərindən geri çəkildilər və iclasın  mövzu mehvərini dəyişərək, bildirdilər ki, İran bu iclasın mövzusu deyildir.

Polşanın paytaxtı Varşava çərşənbə və cümə axşamı günləri ABŞ və müttəfiqlərinin meydan sulamaları ilə "Yaxın Şərqdə sülh və təhlükəsizliyin gələcəyi" adlı iclasın şahidi olacaq.