Fev 16, 2019 16:57 Asia/Baku
  • Trampın mətbuat konfransı bir daha mübahisəyə çəkilib
    Trampın mətbuat konfransı bir daha mübahisəyə çəkilib

ABŞ prezidentinin mətbuat konfransı neçənci dəfə onun müxbirlərlə höcətləşməsi və bəzi amerikalı mediaları təhqir etməsi ilə nəticələnib.

Məsələ, CNN-in müxbiri Cimmi Kastanın Tramp dövlətinin yaydığı Amerika daxili təhlükəsizlik nazirliyinin statistikalarına müraciət edərək, onun təhlükəli və hücumçu adlandırdığı miqrantlarla Amerikadakı qətl və cinayət miqdarı arasında şübhəli bir əlaqənin olmadığını qeyd etməyə çalışarkən başladı.

Tramp dedi: Qızları və oğlanlarını itirmiş bu fövqəladə qadınlardan soruşun. Soruşduğunuz sual, son dərəcə siyasi bir sualdır. Sizin bir planınız var. Siz CNN-dənsiz. Saxta xəbərlər yayırsız. Planınız vardır.

Amerika prezidentinə sual vermək üçün ayağa qalxan sonrakı müxbir dedi: Siz statistikalarınızı haradan gətirirsiniz? Zira başlıca hissəsini DEA-dən. Gördüyümüz cinayətlər barədə statistik məlumat göstərir ki, sərhəd keçidlərindəki zorakılıqlar azalıbdır.

Tramp əsəbi şəkildə müxbirin sualını yarımçıq qoyaraq, dedi: Səbr elə! Otur!